
Bakı. Trend:
ABŞ hakimiyyəti ölkənin maraqlarını qorumaq məqsədilə ordunun
kosmosdan istifadəsini daha açıq şəkildə müzakirə olunan siyasətin
bir hissəsinə çevirməyə çalışır.
Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, orbital silahlar barədə açıqlamalar ABŞ
ordusunun kosmosdan istifadəsini normallaşdırmağa yönəlmiş daha
geniş kampaniyanın tərkib hissəsidir. ABŞ rəsmiləri belə imkanların
açıq müzakirəsinin çəkindirici təsir göstərə biləcəyini hesab
edirlər.
Rəsmilər bildiriblər ki, bu yanaşma hər hansı konkret beynəlxalq
hadisə və ya hazırkı hərbi əməliyyatla bağlı deyil.

