
Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində helikopterin
qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb, bir nəfər xəsarət
alıb.
Bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Məlumata əsasən, hava gəmisi yerli KİV-lərdən birinə məxsus ola
bilər. Hadisənin səbəbləri hələlik məlum deyil.
Qeyd olunub ki, helikopter sentyabrın 15-də Los-Anceles
şəhərinin ətrafında baş vermiş böyük yol qəzasının baş verdiyi
ərazinin yaxınlığında yerə düşüb.

