
Bakı. Trend:
Qəzza bölgəsinin cənubi-qərbində yerləşən yaşayış binalarından
birinin çökməsi nəticəsində azı 11 nəfər, o cümlədən beş uşaq həlak
olub.
Bu barədə “WAFA” informasiya agentliyi məlumat yayıb.
Dağıntılar altında onlarla insanın qaldığı bildirilir.
Məlumata görə, 14 nəfər xəsarət alıb. Qəzza zolağındakı münaqişə
zamanı zədələnmiş altımərtəbəli bina sakinlərin və binanın
yaxınlığında məskunlaşmış köçkünlərin çadırlarının üzərinə
uçub.
Xilasedicilər çərşənbə günü səhər saatlarından etibarən qazma
işlərini davam etdirərək, dağıntılar altında qalan onlarla insana
çatmağa çalışırlar. İşlər texnika və ağır avadanlığın kəskin
çatışmazlığı səbəbindən çətinləşir.

