Britaniyada inflyasiya səviyyəsi artıb

Baş səhifə

Bakı.Trend:

Böyük Britaniyada avqust ayında illik inflyasiya 3,1
faizə yüksəlib.

Bu barədə Birləşmiş Krallığın Milli Statistika
İdarəsinin (ONS) hesabatında qeyd olunub.

Məlumata görə, bu, son beş ay ərzində qeydə alınan ən
böyük artımdır. İyul ayında illik inflyasiya 2,9 faiz təşkil edib.
İstehlak qiymətlərinin artmasının əsas səbəbi nəqliyyat
xidmətlərinin, xüsusilə Yaxın Şərqdə vəziyyətin yenidən
gərginləşməsi fonunda avtomobil yanacağının qiymətinin bahalaşması
olub.




Belə ki, benzinin bir litrinin qiyməti 0,09 funt
sterlinq artaraq orta hesabla 1,61 funt sterlinqə (2,17 dollar),
dizel yanacağının qiyməti isə 0,14 funt sterlinq artaraq 1,81 funt
sterlinqə (2,44 dollar) çatıb. Aviabiletlərin qiyməti isə 6,2 faiz
bahalaşıb.

Ərzaq, alkoqol, tütün və enerji daşıyıcılarının
qiymətlərindəki dəyişiklikləri nəzərə almayan baza inflyasiyası
avqust ayında 2,6 faiz səviyyəsində qalıb. Xidmətlər sektorunda
inflyasiya isə 3,2 faizə yüksəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir