Baş prokuror Şamaxı rayonunda vətəndaşları qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 16-da Baş prokuror Kamran Əliyev Şamaxı rayon
prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu və
İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.




Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini
ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak etmiş 33 nəfər vətəndaşın müraciətində konkret
cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə
məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları,
məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi,
habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd
olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra
orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir