Avropa Ermənistanı aldadacaq – Lavrov

Baş səhifə

Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının Ermənistanın avrointeqrasiyası ilə bağlı verdiyi vədləri yerinə yetirəcəyinə şübhə etdiyini bildirib.

Modern.az xəbər verir ki, Lavrovun sözlərinə görə, Brüssel Avropaya inteqrasiya məsələsində Ermənistanı “böyük ehtimalla aldadacaq”.

O qeyd edib ki, Aİ-nin Ermənistanla bağlı vədlərinin nə dərəcədə reallaşacağı sual altındadır.

Lavrovun fikrincə, Ermənistanın Avropaya inteqrasiya istiqamətində atdığı addımlar ölkənin xarici siyasətində dəyişikliklərdən xəbər verir. Rusiya XİN rəhbəri Moskvanın İrəvanın Aİ ilə münasibətlərinin inkişafını diqqətlə izlədiyini də vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Ermənistan üçün vəd etdiyi “möhtəşəm Avropa gələcəyi” ilə bağlı açıqlamalarını “efemer”, yəni reallıqdan uzaq adlandırmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir