
bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli
yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil
olub.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə
cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında,
ilkin ehtimala əsasən, qazla işləyən cihazda partlayışın baş
verdiyi müəyyən edilib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik
tədbirləri görülüb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.

