
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 48 954 körpə doğulub.
Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, doğulan körpələrdən 1 696-sı əkiz, 60-ı isə üçəm olub.
Doğulan körpələrin 53,4 faizini oğlanlar, 46,6 faizini isə qızlar təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,2-dən 8,2-yə enib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkədə 35 829 ölüm halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi 5,9-dan 6-ya yüksəlib.

