Paşinyan rus dili kurslarına yazılıb

Baş səhifə

Bakı.Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan rus dili kurslarına
gedir.

Ermənistan KİV-ə görə, o bu barədə hökümətin iclasında
bildirib.

Nikol Paşinyan İdarəçilik Akademiyasına getdiyi müddətdə rus
dilini öyrəndiyini gizlətməyib.




“Niyə yalnız ingilis dili? Məsələn, mən hazırda İdarəçilik
Akademiyasında rus dili kursuna gedirəm. Kimsə yapon, ispan, çin,
alman dilini öyrənə bilər”, – deyə Paşinyan hökumətin iclasında
Ermənistanın əmək və sosial rifah naziri Arsen Torosyanın dövlət
idarəçiliyində çalışan bütün əməkdaşlar üçün ingilis dilinin
öyrənilməsini məcburi etmək təklifinə münasibət bildirərkən
deyib.

Sentyabrın 1-də Bişkekdə keçirilən ŞƏT+ sammitində Ermənistanın
Baş naziri Nikol Paşinyan ilk dəfə bu formatda keçirilən tədbirdə
erməni dilində çıxış edib. TASS-ın müxbirinin verdiyi məlumata
görə, o, MDB-yə üzv ölkələrin liderləri arasında çıxışını rus
dilində etməyən yeganə lider olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir