Kansler Trampla telefon danışığı apardı

Baş səhifə

Almaniya Kansleri Fridrix Merts ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, Almaniya hökumətinin mətbuat xidmətinin məlumatında liderlərin Ukraynada müharibənin başa çatdırılması istiqamətində atılacaq növbəti addımlar barədə fikir mübadiləsi apardıqları bildirilib. Məlumata əsasən, Almaniya Kansleri Konqres tərəfindən Qrehem sanksiyalar qanununun qəbul edilməsini yüksək qiymətləndirib.

Söhbət zamanı Hörmüz boğazı və Qırmızı dənizdəki vəziyyət də müzakirə olunub. Tərəflər hər iki su yolunun qısa müddətdə açılmasının zəruriliyini vurğulayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir