Fransada terror planlaşdırmaqda şübhəli bilinən polis həbs olunub

Baş səhifə

Bakı.Trend:

Fransada polis əməkdaşı terror aktı hazırlamaqda
şübhəli bilinərək saxlanılıb.

Bu barədə Fransanın “TF1” telekanalı məlumat
yayıb.




35 yaşlı polis əməkdaşı avqustun 23-də Parisin
İl-de-Fransın İvelin departamentində polis bölməsindən çıxarkən
saxlanılıb. İstintaqçılar onu digər hüquq-mühafizə əməkdaşlarına
qarşı da daxil olmaqla, “dövlətin maraqlarına qarşı hücumlar”
hazırlamaqda, habelə ifrat sağçı hərəkatla əlaqədə şübhəli
biliblər. Bundan əlavə, onun 3D çap texnologiyasından istifadə
etməklə silah hazırladığı ehtimal olunub. Evində aparılan axtarış
zamanı silah hissələri aşkarlanıb.

Avqustun 27-də həmin şəxsə “terror aktının
törədilməsinə hazırlıq”, “terror aktının həyata keçirilməsi
planları ilə əlaqədar silah hazırlama və saxlama” ittihamları irəli
sürülüb. O, həmçinin internet forumlarından birində paylaşdığı
yazılar əsasında “internetdə mesajlar vasitəsilə terrorçuluğa
təhrik etməkdə” ittiham olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir