ABŞ Belarus şirkətlərini “qara siyahıdan” çıxarıb

Baş səhifə

Bakı.Trend:

ABŞ Maliyyə Nazirliyi Belarusun “Lakokraska” və “Bellesbumprom”
şirkətlərinin “SDN List” sanksiya siyahısından çıxarıldığını
açıqlayıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb

Hər iki şirkətin adı cümə axşamı axşam dərc olunan və
barələrində məhdudlaşdırıcı tədbirlərin dayandırıldığı şirkətlərin
siyahısında yer alıb.




Məlumata görə, sentyabrın əvvəlində Minskdə Belarus Prezidenti
Aleksandr Lukaşenko ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Con
Koul arasında danışıqlar keçirilib.

Danışıqların yekununda Koul ABŞ və Belarus arasında müvəqqəti
razılaşmanın əldə edildiyini, həmçinin “Lakokraska” və
“Bellesbumprom”a qarşı sanksiyaların götürüləcəyini açıqlayıb. Onun
sözlərinə görə, Minsk isə xoşməramlılıq jesti olaraq Belarusun
penitensiar müəssisələrində saxlanılan 25 məhbusu azad edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir