
Bakı.Trend:
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynaya səfər edib.
Bu barədə Serbiya Prezident Administrasiyasının mətbuat xidməti
məlumat yayıb.
Vuçiç Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə
“Karpat İnteqrasiya Təşəbbüsü” adlı zirvə görüşündə iştirak
edir.
Serbiya lideri sosial şəbəkədəki səhifəsində paylaşdığı qeydində
təşəbbüsün Karpat regionu ölkələrinin iqtisadiyyat, nəqliyyat və
infrastruktur sahələrində koordinasiyasına yönəldiyini
bildirib.
“Bütün bunları vətəndaşlarımız naminə, Serbiyada sabitliyin və
sülhün bundan sonra da təmin edilməsi naminə edirəm”, – deyə o qeyd
edib.

