
Bakı.Trend:
96 yaşlı Amerikalı investor Uorren Baffett “Berkshire Hathaway”
şirkətinin direktorlar şurasının sədri vəzifəsindən ayrılıb.
Bu barədə “The New York Times” məlumat yayıb.
Baffett şirkətin fəxri sədri olub və direktorlar şurasındakı
yerini qoruyub saxlayır. Yeni sədr onun oğlu Hovard Baffett
olacaq.
Uorren Baffett 1965-ci ildə “Berkshire Hathaway” şirkətini satın
alıb. Həmin vaxt şirkət investorun doğma ştatı Nebraskada fəaliyyət
göstərən kiçik tekstil müəssisəsi idi. Baffett onun əsasında
investisiya və sığorta biznesi ilə məşğul olan nəhəng konqlomerat
yaradıb.
“Forbes” Baffettin sərvətini 144 milyard dollar qiymətləndirir.
O, jurnalın dünyanın ən varlı insanlarının reytinqində 10-cu
yerdədir.

