
Bakı. Trend:
Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş
verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri
cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində açıq sahədə baş vermiş
yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.
Yanğın nəticəsində 2 ha sahədə quru ot yanıb.
Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava
elektrik xətləri yanğından mühafizə olunub.

