
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə qarşıdakı
görüşdə bir sıra razılaşmalar əldə ediləcəyinə ümid etdiyini
bildirib.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında tərəflər arasında bir
neçə mühüm görüş keçiriləcəyini və müxtəlif razılaşmalar əldə
olunacağını deyib.
Süni intellektin təhlükəsizliyi ilə bağlı müqavilələrin
imzalanmasının mümkünlüyü barədə suala cavab verən Tramp Si
Cinpinlə münasibətlərinin yaxşı olduğunu bildirib.
ABŞ Prezidenti Çin liderinin gələn həftə ABŞ-yə səfər edəcəyini
və görüşün uğurlu keçəcəyini gözlədiyini qeyd edib.

