Türkiyədə leysan sel və daşqınlara səbəb olub – VİDEO

Baş səhifə

Bakı.Trend:

Türkiyənin müxtəlif bölgələrində qəfil başlayan leysan Nevşehir,
Niğde, Trabzon, Hatay və Rizədə ciddi fəsadlara səbəb olub.

Bu barədə “Haber 7” məlumat yayıb.

Nevşehir və Hatayda bir neçə avtomobil sel sularına düşüb. Bəzi
sürücü və sərnişinlər daşqın sularında əlaczıs vəziyyətdə qalıb.
Niğdədə geniş əkin sahələri su altında qalıb, Trabzon və Rizədə isə
yolların gölə çevrilməsi nəqliyyatda ciddi problemlərə səbəb
olub.




Nevşehir vilayətinin Ürgüp rayonunda güclü leysandan sonra baş
vermiş sel zamanı körpüyə sürüklənərək ilişib qalan avtomobildəki 3
nəfər kənd sakinlərinin də köməyi ilə son anda xilas edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir