
Bakı. Trend:
Bilgəhdə dənizdə 2 nəfərin batması ehtimal olunur,
axtarış aparılır.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,
Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində 2 nəfərin dənizdə
batması barədə “112” qaynar telefon xəttinə ilkin məlumat daxil
olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
dalğıc-axtarış qrupu cəlb olunub.
Hazırda vətəndaşların batdıqları ehtimal olunan
istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

