
Bakı. Trend:
Sentyabrın 20-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.
Məlumata əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı
hava şəraiti müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan
xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Göygöldə 24, Daşkəsəndə 18, Gəncədə 10,
Gədəbəydə 4, Sarıbaş, Goranboyda 2, Balakən, Bərdə, Tovuz, Oğuz,
Altıağac, İsmayıllı, Ağdam, Ceyrançöl, Qubada 1 millimetrədək qeydə
alınıb.
Daşkəsən, Şahdağ, Şahbuz, Lerikdə duman müşahidə olunur. Dumanda
görünüş 50 metrədək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27,
Naxçıvan Muxtar Respublikasında 33, Aran rayonlarında 32, dağlıq
rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub.

