Göygöldə ər arvadını öldürdü

Baş səhifə

Göygöldə qətl hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb.

Belə ki, kənd sakini 1985-ci il təvəllüdlü M. Quliyev arvadı, 1988-ci il təvəllüdlü M. Quliyevaya küt alətlə xəsarət yetirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən M. Quliyev saxlanılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir