
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq
Cinayət Məhkəməsinə (BCM) qarşı genişmiqyaslı yeni sanksiyalar
tətbiq etməyi planlaşdırır.
Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat
yayıb.
Qəzetin yazdığına görə, məhdudiyyətlər BCM ilə aparılan əksər
maliyyə əməliyyatlarına şamil edilə bilər. Lakin onların tətbiqinin
6-7 ay müddətinə təxirə salınması nəzərdə tutulur.
Qeyd edək ki, Tramp 2025-ci il fevralın 6-da BCM əməkdaşlarına
qarşı maliyyə və viza məhdudiyyətlərinin tətbiqinə imkan verən
sərəncam imzalayıb.

