Bakıda 10 otaqlı yaşayış evində yanğın olub (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsində
fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil
olub.

Qurumdan verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan 10 otaqlı mansard
tipli birmərtəbəli fərdi yaşayış evinin mansardında bir otağın
yanar konstruksiyaları 20 kv.m və 1-ci mərtəbədə bir otağın tavanı
16 kv.m sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə edilib, xəsarət alan
olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir