
Bakı. Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər
Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin məhkəməsi
keçiriləcək.
Trend-in
məhkəmədəki müxbirinin xəbərinə görə, iş üzrə hazırlıq iclasına
hakim Murad Aslanov sədrlik edəcək.
İttiham aktında R.Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da
təqsirləndirilən şəxs qismində yer alıb. Onun da cinayət işinə
R.Mehdiyevin işi ilə birlikdə baxılacaq.
R.Mehdiyevə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ
keçirməyə yönəlik əməllər), 274 (dövlətə xəyanət), 193-1.3.2
(cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və 311
(rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Xəbər yeniləcək

