Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Baş səhifə

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə sentyabrın 23-25-də ABŞ-a dövlət səfəri edəcək.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Si Cinpin Donald Trampla Çin-ABŞ münasibətləri, eləcə də dünya sülhü və inkişafı ilə bağlı əsas məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, iki lider bu məsələlər üzrə “dərin fikir mübadiləsi” aparacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir