
Bakı.Trend:
Almaniya durğunluq vəziyyətinə düşüb, dövlətin təcili
islahatlara ehtiyacı var.
Almaniya KİV-ə görə, bunu qatı-sağçı “Almaniya naminə
Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel deyib.
“Xristian Demokrat İttifaqının (XDİ) eyni siyasəti
davam etdirə biləcəyinə inanmırıq. Yaxın həftələrin nə gətirəcəyinə
baxacağıq. Lakin Almaniyanın təcili olaraq həyata keçirilməyən
islahatlara ehtiyacı var. Bəli, Almaniya, əslində, son nəticədə
durğunluq vəziyyətindədir və biz eyni istiqamətdə davam edə
bilmərik”, – Vaydel Meklenburq-Ön Pomeraniya federal torpağında və
Almaniyanın paytaxtında keçirilən regional seçkilərin nəticələrinə
dair keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, AfD ölkə üzrə keçirilən sorğularda 10
faiz üstünlüyə malikdir və Almaniyanın şərq federal torpaqlarında
böyük fərqlə ən populyar partiyadır.
“Və bu ölkəni böhrandan birlikdə çıxarmaq üçün təcili
danışıqlar aparmalıyıq”, – deyə siyasətçi vurğulayıb.

