Bakıda marketdə qadını döyən şəxs həbs olunub

Baş səhifə

Bakı. Trend:

Bakıda marketdə qadını döyən şəxs inzibati qaydada həbs
olunub.

Trend-in
məlumatına görə, paytaxtın Nəsimi rayonunda yerləşən marketlərdən
birində qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis
əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov
soyadlı şəxs saxlanılıb. O, inzibati qaydada həbs olunub.

Qeyd edək ki, hadisə ilə bağlı görüntüləri “Təmiz Dünya”
Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial
şəbəkə hesabında paylaşıb.




M. Zeynalova üç uşaq anasının həyat yoldaşı tərəfindən marketdə,
insanların və ən kiçik övladının gözləri qarşısında döyüldüyünü
bildirib. Onun sözlərinə görə, hadisənin şahidi olan uşaqda autizm
spektr pozuntusu var.

Birlik sədri qadının illərdir həyat yoldaşının zorakılığına
məruz qaldığını bildirib, onun və üç övladının təhlükəsizliyinin
təmin olunması üçün aidiyyəti qurumlara müraciət edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir