
Bakı. Trend:
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin
artırılması və artan yük tələbatının qarşılanması məqsədilə
sentyabrın 22-də Yasamal, Sabunçu və Xəzər rayonlarının elektrik
şəbəkələrində təmir və yenidənqurna işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ)
xidməti ərazisində Transfornator Məntəqəsində (TM) həyata
keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək
Ələsgər Ələkbərov, Xaqan Dadaşov, İsmayıl Talıblı, Vasif Əliyev,
Zahid Kərimov, Zaur Kərimov küçələri, Hüseyn Cavid və Mətbuat
prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində
məhdudiyyət tətbiq olunacaq.
Sabunçu RETSİ-nə daxil olan Bakıxanov qəsəbəsi Şərq və Ramiz
Qəmbərov küçələrində yeni Özünüdaşıyan İzolyasiyalı Naqillərin
(ÖİN) çəkilişi ilə əlaqədar saat 09:00-dan 13:00-dək elektrik
enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Xəzər RETSİ ərazisində 6 kV-luq elektrik naqilləri yenisi ilə
əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan
15:00-dək Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron və
İzmir küçələrinin bəzi ərazilərində enerjinin verilişi
məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər
daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin
olunacaqlar.

