Nyu-Yorkda Ərdoğan və Kobaxidze arasında görüş keçirilib

Baş səhifə

Bakı.Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
Nyu-Yorkda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Gürcüstan hökumət administrasiyasının mətbuat xidmətinin yaydığı
məlumata görə, görüşdə Gürcüstan və Türkiyə arasında strateji
tərəfdaşlığın yüksək səviyyəsi və müxtəlif sahələrdə uğurlu
əməkdaşlıq vurğulanıb.

Tərəflər siyasi və iqtisadi əlaqələrin inkişafında müsbət
dinamikanı xüsusi qeyd ediblər. Bildirilib ki, Türkiyə Gürcüstanın
ən böyük ticarət tərəfdaşı olaraq qalır.




Görüşdə regional əhəmiyyət daşıyan və regionun inkişafına, eləcə
də əlaqəliliyin gücləndirilməsinə mühüm töhfə verən birgə strateji
layihələr müzakirə olunub. Bu çərçivədə tam gücü ilə fəaliyyətə
başlayan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti qeyd
edilib.

Görüş zamanı nəqliyyat və enerji sektorlarında əməkdaşlıq
məsələləri də müzakirə olunub.

Regionun dayanıqlı və sabit inkişafı üçün sülhün xüsusi
əhəmiyyəti vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir