Rusiyada ticarət kompleksində yanğın baş verib, 3 nəfər ölüb

Baş səhifə

Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən “Solneçnıy” ticarət-servis kompleksində baş verən yanğın nəticəsində azı 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın dördmərtəbəli binanın ikinci mərtəbəsində başlayıb. Hadisə zamanı 17 nəfər binadan təxliyə edilib.

FHN-in ilkin məlumatına əsasən, 4 nəfər xəsarət alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir