ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin İran ərazisində
yerləşən Astara Terminalında 2026-cı ilin yanvar–avqust aylarında
yük aşırılması ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 30 faiz
artıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat
yayıb.

Bildirilib ki, hesabat dövründə terminalda 537 min tondan çox
yük aşırılıb. Ötən ilin müvafiq dövründə bu göstərici 415 min ton
olub.




Bu ilin avqust ayında isə terminalda 76 min ton yük aşırılıb ki,
bu da ötən ilin eyni ayı ilə müqayisədə təqribən 50 faiz
çoxdur.

2025-ci ilin avqustunda terminalda 51 min ton yük aşırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir