
Bakı.Trend:
Polşa xüsusi xidmət orqanları məktəbdə və məsciddə
terror aktı hazırlamaqda şübhəli bilinən 17 yaşlı yeniyetməni
saxlayıb.
Bu barədə Polşa Milli Prokurorluğunun mətbuat xidməti
məlumat yayıb.
“18 sentyabr 2026-cı ildə Daxili Təhlükəsizlik
Agentliyinin əməkdaşları Milli Prokurorluğun Mütəşəkkil
Cinayətkarlıq və Korrupsiya İşləri Departamentinin Sileziya
şöbəsinin prokuroru ilə razılaşdırılaraq 2009-cu il təvəllüdlü,
Polşa vətəndaşı Pavel Q.-nı saxlayıblar”, – qurumun saytında dərc
olunan bəyanatda bildirilib.
Axtarış zamanı onun üzərində silah, həmçinin nasist
simvolikasını əks etdirən kitablar və qol nişanları aşkarlanıb.
Bundan əlavə, prokurorluğun məlumatına görə,
yeniyetmənin sosial şəbəkələrində məktəbə və məscidə hücumun
planlaşdırılması ilə bağlı yazışmalar aşkar edilib.

