Cəlilabadda avtomobil at arabası ilə toqquşub, xəsarət alanlar var

Baş səhifə

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Müqabil Nağıyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili at arabası ilə toqquşub.

Qəza nəticəsində üç nəfər Şəhriyar Əliyev, Mənsum Abışov və Niyaməddin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir