Polşa prezidenti Ərdoğana qılınc bağşladı

Baş səhifə

Polşa Prezidenti Karol Navroçki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Nyu-Yorkda qılınc hədiyyə edib.

Modern.az xəbər verir ki, bu barədə Polşa Prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Ərdoğanın iyul ayında Ankarada keçirilən NATO sammiti zamanı Polşa prezidentinə təqdim etdiyi üzərində adı həkk olunmuş revolverin ardınca Navroçki də Nyu-Yorkda Türkiyə liderinə Polşa qılıncı hədiyyə edib.

“Ankarada revolver, Nyu-Yorkda isə Polşa qılıncı”, – deyə Pşidaç paylaşımında qeyd edib.

Qeyd edək ki, iyulun 7-8-də Ankarada keçirilən NATO sammitindən sonra Ərdoğan iştirakçı dövlətlərin bir sıra liderlərinə üzərində adları həkk olunmuş revolverlər hədiyyə edib. Hədiyyə qutularında odlu silahla yanaşı, patronlar da olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir