Pentaqon: İranla münaqişə zamanı 19 ABŞ hərbçisi ölüb, 820-si yaralanıb

Baş səhifə

ABŞ-ın Müharibə Nazirliyinin yenilənmiş məlumatlarına əsasən, İranla münaqişə zamanı həlak olan ABŞ hərbçilərinin sayı 19 nəfərə çatıb.

APA xəbər verir ki, Pentaqonun xüsusi portalında yer alan məlumatlara görə, onlardan 14-ü “Epik qəzəb” (“Epic Fury”) əməliyyatı zamanı döyüşlərdə həlak olub.

Daha 5 hərbçi, o cümlədən sonuncu itki, “xarici əməliyyatlar” kateqoriyasında göstərilib.

Pentaqonun məlumatına görə, İranla münaqişə zamanı müxtəlif dərəcəli xəsarətlər alan ABŞ hərbçilərinin sayı isə 820 nəfərdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir