
Bakı. Trend:
Bərdədə qanunsuz olaraq odlu silah və sursat əldə etməkdə,
saxlamaqda və satmaqda şübhəli bilinən rayon sakini Y. Fətullazadə
saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi
tədbirlər zamanı onun qanunsuz yolla əldə etdiyi silah və sursatı
satmaq niyyətində olduğu müəyyən edilib.
Həmin şəxsdən bir ədəd “Kalaşnikov” avtomatı, patron darağı və
29 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanılıb, istintaq davam etdirilir.

