David Alabanın yeni klubu müəyyənləşdi

Baş səhifə

Bakı. Trend:

Avstriyalı müdafiəçi David Alaba karyerasını İtaliyada davam
etdirəcək.

Bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında
məlumat yayıb.

Bildirilib ki, 32 yaşlı futbolçu “Udineze”yə keçidlə bağlı
razılığa gəlib. Tərəflər şifahi olaraq bütün məsələlərdə
razılaşıblar. Hazırda yalnız hüquqi prosedurların tamamlanması
qalır. Bundan sonra transferin rəsmi şəkildə açıqlanması
gözlənilir.




Daha əvvəl “Roma”, “Latsio” və “Barselona”nın da Alabanın
xidmətində maraqlı olduğu barədə məlumatlar yayılmışdı.

Alaba 2021-2026-cı illərdə “Real”ın formasını geyinib. O, bu
müddətdə bütün turnirlərdə 132 oyuna çıxıb, 5 qol vurub və 9
məhsuldar ötürmə edib. Futbolçu ötən yay azad agent statusu
alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir