Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır – Si Cinpin

Baş səhifə

Bakı. Trend:

Çin və ABŞ milli inkişaf məqsədlərinə nail olmaq üçün rəqabət
aparan tərəflər deyil, tərəfdaşlar kimi çıxış etməlidir.

Bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ-a dövlət
səfərinin ilk günündə Çin Mərkəzi Televiziyası tərəfindən
yayımlanan yazılı müraciətində bildirib.

“Çin və ABŞ böyük Çin xalqının dirçəlişinə nail olmaq və
Amerikanı yenidən möhtəşəm etmək məqsədlərinə çatmaq üçün rəqib
deyil, tərəfdaş olmalıdır”, — deyə Si Cinpin qeyd edib.




Çin liderinin sözlərinə görə, hər iki ölkə bir-birinə doğru
addımlar atmalı və əməkdaşlığın əsas rol oynadığı, rəqabətin idarə
olunduğu, fikir ayrılıqlarının nəzarətdə saxlanıldığı və sülh
perspektivinin qorunduğu sabit münasibətlərin formalaşmasına
çalışmalıdır.

O vurğulayıb ki, dünya dəyişir və zaman yeni mərhələyə qədəm
qoyur. Bununla belə, Çin və ABŞ arasında dinc yanaşı yaşamağın
tarixi məntiqi dəyişməz olaraq qalır.

“Çin və ABŞ xalqlarının dostluğa olan səmimi istəyi, eləcə də
beynəlxalq ictimaiyyətin hər iki ölkə ilə bağlı ümumi gözləntiləri
dəyişməz olaraq qalır”, — deyə Si Cinpin bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir