Hava məkanımızı dörd PUA pozub – Maya Sandu

Baş səhifə

Bakı. Trend:

Cümə axşamına keçən gecə Rusiyaya məxsus dörd pilotsuz uçuş
aparatı (PUA) ölkənin hava məkanını pozub.

Bunu Moldova Prezidenti Maya Sandu öz rəsmi “X” səhifəsində
bildirib.

“Rusiyanın Ukraynaya kütləvi hücumu bu gün səhər yenidən
Moldovaya da təsirsiz ötüşməyib: Rusiyaya məxsus dörd PUA hava
məkanımızı pozub və onlardan ən azı biri ölkənin şimalında
partlayıb”, – deyə o, yazıb.




Sandunun sözlərinə görə, müharibə bütün Avropa üçün təhlükə
yaradır.

“Biz bu müharibəni pisləyir və Ukraynanın yanında çiyin-çiyinə
dayanırıq”, – Maya Sandu əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir