
Bakı.Trend:
Moskva şəhərinin Nəqliyyatın İdarə Edilməsi Mərkəzi
(MNİEM) Tverskaya və 1-ci Tverskaya-Yamskaya küçələrində daxildən
LED işıqlandırması olan 94 yol nişanı quraşdırıb.
Bu barədə “Kommersant” məlumat yayıb.
“Bu nişanlar qaranlıq vaxtlarda daha yaxşı görünür və
hava şəraitinə davamlıdır. Yeni texnologiya sürücülərə nişanları
daha tez görməyə və təhlükəsizliyi artırmağa kömək edəcək”, – deyə
qurumdan bildirilib.
İşıqlandırma üstünlük, hərəkət istiqaməti və
maneələrin yanından keçmə nişanlarına quraşdırılıb. Onlar əsasən
iri yolayrıclarında və yol çıxışlarından əvvəl yerləşdirilib.
Nişanların işini məsafədən izləmək mümkündür.
MNİEM-nin məlumatına görə, Moskvada təxminən 900 min
yol nişanı var. Tverskaya və 1-ci Tverskaya-Yamskaya küçələrindən
hər gün 190 mindən çox avtomobil keçir.

