Maştağa və Buzovnada bu gün qaz olmayacaq

Baş səhifə

Bu gün Maştağa və Buzovna qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə “APA-Economics” “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 25.09.2026-cı il tarixində saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Binə Atçılıq yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir