
Bakı. Trend:
Şəmkirdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Trend-in
məlumatına görə, hadisə sentyabrın 23-də qeydə alınıb.
Belə ki, Vidadi Vəliyev idarə etdiyi “VAZ-2107” markalı
avtomobillə hərəkətdə olarkən piyada Almaz Ədil qızı Qasımovanı
vurub.
Yaralı aldığı xəsarətlərdən müalicə olunduğu Şəmkir Rayon
Mərkəzi Xəstəxanasında həyatını itirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanılıb.

