
Bakı.Trend:
Slovakiyanın Baş naziri Robert Fitsoya və onun
qohumlarına qarşı təhdidlər ünvanlanıb.
Bu barədə DennikN xəbər
portalı Slovakiya hökumətinin aparatına istinadən məlumat
yayıb.
Məlumata görə, təhdidlər anonim xarakter daşıyır.
“Daxil olmuş təhdidlərin məzmunu və onların təhlili
ilə müvafiq qurumlar məşğul olur, hazırda hökumət aparatı yaranmış
vəziyyəti şərh etməyəcək”, – deyə portalın sərəncamında olan
sənəddən sitat gətirilib.
Bununla yanaşı, Fitsonun cümə günü baş prokuror Maroş
Jilinka ilə münasibətlərinə həsr olunmuş mətbuat konfransını ləğv
etdiyi məlum olub. Baş nazir Slovakiyanın şərqinə yollanıb və
burada rəhbərlik etdiyi “İstiqamət – Sosial Demokratiya”
partiyasının tədbirlərində iştirak edəcək.
Baş Prokurorluğun mətbuat katibi Zuzana Drobova daha
əvvəl bildirib ki, Jilinkaya və onun həyat yoldaşına bomba ilə
bağlı təhdidlər daxil olub. Drobovanın sözlərinə görə, bu təhdidlər
Fitsonun baş prokuroru “müxalifətin əlində oyuncağa” bənzətməsindən
sonra göndərilib.

