Ceyhun Bayramov Orta Dəhlizin və TRIPP marşrutunun əhəmiyyətini vurğulayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkənin Avropa
ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına
çevrildiyini vurğulayıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə
Ceyhun Bayramo Baş Assambleyasının 81-ci sessiyasının ümumi
müzakirələri çərçivəsində çıxışı zamanı bildirib.

Nazir bildirib ki, 2022-ci ildən bəri Orta Dəhliz boyunca yük
daşımalarının həcmi təxminən 90 faiz artıb.

Ceyhun Bayramov Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və
Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin Asiya ilə Avropa
arasında daha dayanıqlı və şaxələndirilmiş təchizat zəncirlərinin
yaradılmasına töhfə verdiyini qeyd edib.

Nazir rəqəmsal bağlantı sahəsində “Rəqəmsal İpək Yolu”
layihəsinin də Azərbaycanın regional rəqəmsal qovşaq kimi rolunu
gücləndirəcəyini bildirib.

Ceyhun Bayramov 2025-ci il Vaşinqton Sammitinin nəticələrindən
biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun
(TRIPP) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası
arasında maneəsiz multimodal bağlantıların təmin olunmasına,
regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanların
yaradılmasına xidmət edəcəyini vurğulayıb.

Çıxışının sonunda nazir qlobal həmrəyliyin gücləndirilməsinə,
beynəlxalq hüquqa əsaslanan daha effektiv və etibarlı
çoxtərəfliliyə, eləcə də əməkdaşlıq sisteminin yenilənməsinə
çağırıb.

“Bizim inandığımız çoxtərəflilik məhz prinsipial, inklüziv və
hər şeydən əvvəl konkret nəticələr verə bilən çoxtərəflilikdir”, –
deyə Ceyhun Bayramov bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir