
Bakı. Trend:
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat həyata
keçirilib. Tədbirlərlə hər üçü əvvəllər məhkum olunmuş V.Şahbazov,
İ.Abışov və N.Məmmədli saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə
16 kiloqram nakrotik və 1340 ədəd narkotik tərkibli həb
aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər
barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

