
Bərdə.Trend:
Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in Qarabağ
bürosunun məlumatına görə, hadisə Kələntərli kəndi ərazisində qeydə
alınıb.
Məlumata görə, Mənsur Əliyevin idarə etdiyi VAZ-2107 markalı
avtomobil hərəkətdə olarkən eşşək arabası ilə toqquşub.
Qəza nəticəsində arabada olan kənd sakini Arif Babaşov müxtəlif
xəsarətlər alıb. O, hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.

