Rəcəp Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının
Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat
yayıb.

Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar
şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.

Dövlətimizin başçısı telefon zənginə görə Türkiyə Prezidentinə
təşəkkür edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir