Azərbaycanda geniş mənada pul kütləsi 15%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin
(M3 pul aqreqatı) həcmi 54 milyard 978 milyon manat təşkil
edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteni əsasında
hesablamalarına görə, M3 pul aqreqatının həcmi 2025-ci ilin
sentyabrın 1-i ilə müqayisədə 7 milyard 211,1 milyon manat və ya
15,1 faiz artıb.

Hesabat dövründə manatla pul kütləsinin (M2 pul aqreqatı) həcmi
44 milyard 416,6 milyon manat olub. Bu göstərici ötən ilin eyni
tarixi ilə müqayisədə 7 milyard 610,4 milyon manat və ya 20,7 faiz
artıb. 2025-ci il sentyabrın 1-nə M2 pul aqreqatının həcmi 36
milyard 806,2 milyon manat təşkil edib.

Bu ilin sentyabrın 1-nə tələbli depozitləri və banklardan
kənarda olan nağd pul kütləsini əhatə edən M1 pul aqreqatının həcmi
34 milyard 212,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 5
milyard 85,5 milyon manat və ya 17,4 faiz çoxdur. Ötən ilin
sentyabrın 1-nə M1 pul aqreqatı 29 milyard 126,7 milyon manat
olub.




Eyni zamanda, banklardan kənarda olan nağd pul kütləsinin (M0
pul aqreqatı) həcmi 19 milyard 166,8 milyon manat təşkil edib. M0
aqreqatının həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard
338,2 milyon manat və ya 13,9 faiz artıb. Ötən ilin sentyabrın 1-nə
bu göstərici 16 milyard 828,6 milyon manat olub.

AMB-nin məlumatına əsasən, 2026-cı ilin sentyabrın 1-nə M3 pul
aqreqatının M2 pul aqreqatına nisbəti 2,12, M2 pul aqreqatının M1
pul aqreqatına nisbəti isə 1,83 təşkil edib.

Qeyd edək ki, M3 pul aqreqatı geniş mənada pul kütləsini, M2
manatla pul kütləsini, M1 isə tələbli depozitlər və dövriyyədə olan
nağd pul kütləsini əhatə edir.

Pul bazarının parametrləri

Həcmi (milyon manat), 1 sentyabr 2026-cı il tarixinə

Həcmi (milyon manat), 1 sentyabr 2025-ci il tarixinə

Geniş mənada pul kütləsi (M3 aqreqatı)

54978.0

47766.9

Manatla pul kütləsi (M2 aqreqatı)

44416.6

36806.2

Tələbli depozitlər (M1 aqreqatı)

34212.2

29126.7

Banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı)

19166.8

16828.6

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir