
Bakı. Trend:
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində
bu gün mina partlayışı hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
(DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA)
mətbuat xidmətlərinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bəxtiyar
Mirzə oğlu Bayramovun keçmiş təmas xəttində minalardan
təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya
düşüb. Hadisə zamanı Bəxtiyar Bayramov müxtəlif dərəcəli bədən
xəsarətləri alıb.
Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma
aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları
təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi
işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara
toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə
fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.

