Canlı yayımda söyüş söyən "tiktoker" saxlanıldı

Baş səhifə

Sosial şəbəkələrdə qeyri-etik hərəkətlər edən “tiktoker” saxlanılıb.

Modern.az-ın məlumatına görə, 47 yaşlı Zakir Musayev (şərti adla) “tiktok” sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Bu zaman o, nalayiq ifadələr işlədib və bununlar da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.

Fakt əsasında Z. Musayev polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Z.Musayev ifadəsində bildirib ki, ilk dəfədir canlı yayım açır. Canlı yayım açmaqda məqsədi Rusiyada yaşayan əsgər yoldaşları ilə söhbətləşmək olub. Onun sözlərinə görə, izləyicilərdən biri onun övladını təhqir etdiyi üçün o da nalayiq ifadə işlədib. Z.Musayev əməlindən peşman olduğunu deyərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini istəyib.

Məhkəmənin hökmü ilə Zakir Musayev 500 manat məbləğində inzibati qaydada cərimələnib.

İlyas Turan

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir