
Bakı.Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası
Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək.
EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi
Marko Rubio bildirib.
“Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı
əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik”,
– deyə Dövlət Departamentinin rəhbəri bildirib.
O qeyd edib ki, hazırda Kubada yaranmış vəziyyət də
Vaşinqton üçün təhlükə yaradır. Trampın ardınca Rubio da Kubanı
“uğursuz dövlət” adlandırıb.
Tramp BMT Baş Assambleyasının tribunasından çıxışı
zamanı hazırkı Kuba hakimiyyətinin uğursuzluğa düçar olduğunu
bildirib və adanın “heç vaxt olmadığı qədər tənəzzülə uğradığını və
süqut edəcəyini” deyib. Bununla belə, o, daha sonra Havana ilə
razılığa gəlməyin mümkün olacağına əminliyini ifadə edib.

